Xəbər lenti

Deputatdan sahibsiz heyvanlarla bağlı təklif
Ölkə 12:00 01.04.2025

Deputatdan sahibsiz heyvanlarla bağlı təklif

"Son bir ildə Gəncə şəhərində 1200-dən çox it dişləmə hadisəsi üzrə təcili tibbi yardım xidmətinə müraciət edilib". 

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Naqif Həmzəyev deyib.

Deputat bildirib ki, bu rəqəm sahibsiz heyvanların şəhər və rayonlarımızda yaratdığı təhlükəni açıq-aydın göstərir".

"Sahibsiz heyvanların peyvənd edilməməsi və onlara tibbi yardımın göstərilməməsi nəticəsində quduzluq və digər xəstəliklərin yayılması riski artmaqdadır. Problemi təsvir etmək üçün qeyd edim ki, şəhər və rayonlarımızda sahibsiz heyvanlar üçün sığınacaqlar mövcud deyil. Heyvanlar mütəmadi olaraq peyvənd edilmir və tibbi yardım almır.
 
Şəhər və rayonların mərkəzi parklarında, küçələrində belə sahibsiz heyvanların sakinlər üçün ciddi problem yaratdığına şəxsən şahidlik etmişəm. Bu da sakinlərimizin sağlamlığı üçün ciddi təhlükə yaradır. Bu problemlərin həlli üçün bir neçə təklif irəli sürmək istərdim. Belə ki, sahibsiz heyvanların təhlükəsizliyini təmin etmək və onların vəziyyətini yaxşılaşdırmaq üçün müvafiq qanunvericilikdəki boşluqları aradan qaldırılmalı, sahibsiz heyvanlar haqqında yeni qanun hazırlanmalıdır".

Qafqaz Rafiqoğlu



Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->