Xəbər lenti

Çinin Tayvana hücumu çox yaxındır -
Dünya 11:50 08.11.2025

Çinin Tayvana hücumu çox yaxındır - "Bild" tarix açıqladı

Çin 2026-cı ilin noyabr ayında Tayvana hücum edə bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşri Qərb kəşfiyyatındakı mənbələrinə istinadən yazıb.

Mənbələrə görə, gələn ilin noyabr ayında ABŞ-da keçiriləcək aralıq parlament seçkiləri Amerikada siyasi böhrana və daxili iğtişaşlara səbəb olarsa, işğal başlaya bilər.

Qeyd olunur ki, Pekin tərəflərdən birinin seçki nəticələri ilə razılaşmaması nəticəsində yarana biləcək ABŞ-dakı mümkün siyasi böhranı amerikalılar öz işləri ilə məşğul olarkən müharibəyə başlamaq şansı kimi nəzərdən keçirir.

"Çin hərbi məqsədlər üçün çox sayda mülki bərəni modernləşdirir və 2026-cı ilin sonuna qədər 70-dən çox böyük bərə tikməyi planlaşdırır. Əgər Si Cinpin Tayvanın ilhaqının başqa yolla mümkün olmadığına inanırsa, ölkə hərbi işğalı seçəcək", deyə analitik May-Britt Stumbaum nəşrə bildirib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->