Xəbər lenti

Çinin ABŞ-dakı səfirliyi Trampın yeni rüsumlarına sərt reaksiya verdi
Dünya 13:16 05.03.2025

Çinin ABŞ-dakı səfirliyi Trampın yeni rüsumlarına sərt reaksiya verdi

Vaşinqton Çin mallarına tətbiq edilən rüsumları 20%-ə qaldırıb. Çin isə sonadək mübarizə aparmağa hazır olduğunu bəyan edib.  

Qaynarinfo xəbər verir ki, bu barədə Çin diplomatik nümayəndəliyinin X sosial şəbəkəsindəki bəyanatında deyilir. 

"Əgər ABŞ müharibə istəyirsə – istər tarif müharibəsi, istər ticarət müharibəsi, istərsə də başqa bir müharibə – biz sonadək mübarizə aparmağa hazırıq", - bəyanatda qeyd edilir.  

Bundan əlavə, səfirlik bildirib ki, fentanilin yayılması problemini həll etmək üçün, nəinki Çini günahlandırmaq, əksinə, ABŞ Çinlə bərabər tərəfdaş kimi məsləhətləşməli idi.  

Bəyanat ABŞ prezidenti Donald Trampın iqtisadi siyasətlə bağlı çıxışının sonuna yaxın yayımlanıb.  

Sky News isə yazır ki, ABŞ prezidentinin keçmiş köməkçi müavini Mett Pottinger Çinin son onilliklərin "ən təhlükəli dövrünü” yaşadığını bildirib.  

"O, Çin iqtisadiyyatının uğursuzluqlarının səbəblərindən birinin Si Szinpinin onu hərbi dövrün iqtisadiyyatına çevirməsi ilə bağlı olduğunu vurğulayıb – o, iqtisadiyyatı müharibəyə hazırlayır ki, zərbələrə tab gətirə bilsin", – deyə Pottinger qeyd edib.  

Burada müharibə dedikdə, Tayvana müdaxilə nəzərdə tutulur. Pottingerin sözlərinə görə, Çin ərzaq, mis və "adətən asanlıqla və ucuz şəkildə xarici gəmilərlə idxal olunan hər cür malların" ehtiyatlarını toplayır.  

3 martda ABŞ prezidenti Donald Tramp 4 martdan etibarən bütün Meksika və Kanada mallarına 25% yeni rüsumlar, həmçinin Kanadadan idxal olunan enerji resurslarına 10% rüsum tətbiq ediləcəyini elan edib. Bundan əlavə, Çin idxalına qoyulan rüsumlar ikiqat artırılıb.  

Buna cavab olaraq, Çinin Ticarət Nazirliyi bəyan edib ki, 10 martdan etibarən bəzi Amerika mallarına, o cümlədən toyuq, donuz əti, soya və mal ətini əhatə edən kənd təsərrüfatı məhsullarına 15%-dək rüsum tətbiq edəcək. Bundan əlavə, Pekin 15 Amerika şirkətini Çin ixrac nəzarəti siyahısına əlavə edib.  

Eyni zamanda, Avropa Komissiyası Trampın Kanada və Meksikaya qarşı tətbiq etdiyi rüsumları pisləyib, lakin Çin məsələsinə toxunmayıb.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->