Xəbər lenti

Bakıda və bəzi bölgələrdə külək güclənəcək
Ölkə 16:57 02.04.2026

Bakıda və bəzi bölgələrdə külək güclənəcək

Aprelin 4-ü gündüzdən 6-dək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Bu barədə Qaynarinfo-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Kəlbəcər, Laçın, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Goranboy, Naftalan, Tovuz, Füzuli, Zəngilan, Cəbrayıl, Şəki, Oğuz, Qəbələ, Göyçay, İsmayıllı, Şamaxı, Qobustan, Ağsu, Xızı, Hacıqabul, Salyan, Neftçala, Şirvan, Yevlax, Mingəçevir, Ağdam, Tərtər, Bərdə, Cəlilabad, Yardımlı, Masallı, Lerik, Astara, Lənkəran, Xaçmaz, Şabran, Siyəzən, Qusar, Qubada sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Qazax, Ağstafada isə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

--> -->