Xəbər lenti

Çin və ŞƏT yaxın illərdə qlobal iqtisadiyyatın taleyini müəyyən edəcək? (ŞƏRH)
Dünya 22:50 22.08.2025

Çin və ŞƏT yaxın illərdə qlobal iqtisadiyyatın taleyini müəyyən edəcək? (ŞƏRH)

"Şanxay Əməkdaşlıq Təşkilatına daxil olan ölkələr, xüsusən də Çin gələcəkdə dünya iqtisadiyyatında daha mühüm rol oynayacaq".

Bunu Qaynarinfo-ya açıqlmasında REAL Partiyasının sədri Natiq Cəfərli Şanxay Əməkdaşlıq Təşkilatının gələn həftə sonu Çində keçiriləcək sammitindən gözləntiləri şərh edərkən deyib. 

"Şanxay Əməkdaşlıq Təşkilatı müasir dünyada böyük iqtisadi potensialı olan təşkilatlardan biridir. Əhali və iqtisadi potensialı baxımımdan hətta Avropa Birliyinin potensialından daha böyük potensiala malik bir təşkilatdır", deyə həmsöhbətimiz bildirib. 
 


Ekspert qeyd edir ki, Azərbaycanın da bu təşkilatda iştirakı ölkəmiz üçün xeyirlidir:

"Bununla belə, ölkəmiz üçün ən maraqlısı loqistikadır. Yeni marşrutlar, yeni loqistik xətlərdir ki, burada da Şanxay Əməkdaşlıq Təşkilatına daxil olan ölkələr, xüsusən də Çin gələcəkdə mühüm rol oynayacaq. Bu nöqteyi-nəzərdən Azərbaycanın orada iştirakı və münasibətlərin dərinləşməsi gələcəkdə ölkəmizə təşkilatla daha sıx əlaqələr qurub, iqtisadiyyatın, loqistik xətlərin inkişafında irəliyə doğru addımlar atmasına imkan verəcək".
 
Qeyd edək ki, avqustun 31-sentyabrın 1-i arasında Çinin Trantszin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) növbəti sammiti keçiriləcək. ŞƏT-in sammitində 20-dən artıq xarici dövlət rəhbəri və 10 beynəlxalq təşkilatın nümayəndəsi iştirak edəcək. Tədbirə Rusiya və Belarus, İran, Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan prezidentləri, habelə Hindistan və  Ermənistanın baş nazirlərinin iştirakı gözlənilir. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->