Xəbər lenti

Bu ölkə Ukrayna ilə bağlı danışıqlarda vasitəçi olmağa hazırdır
Dünya 16:55 20.03.2025

Bu ölkə Ukrayna ilə bağlı danışıqlarda vasitəçi olmağa hazırdır

Avstriya Rusiya və Ukrayna arasında sülh danışıqlarında platforma və vasitəçi olmağa hazırdır. 

Qaynarinfo xəbər verir ki, bu barədə respublika parlamentinin Avropa məsələləri üzrə naziri Klaudiya Plakolmun sözlərinə istinadən yaydığı bəyanatda deyilir.

"Avropa məsələləri üzrə nazir vəzifəsinə təyin edilmiş Klaudiya Plakolm Ümumi Məsələlər Şurasının hazırlıq iclası haqqında məlumat verib, o, xüsusilə Avstriyanın Rusiya və Ukrayna arasında sülh danışıqları üçün platforma və vasitəçi olmağa hazır olduğunu vurğulayıb", deyə məlumatda qeyd edilib.

Onun sözləri bir gün əvvəl, martın 19-da Avropa İttifaqının əsas komitəsində Avropa Parlamentinin deputatları ilə görüşdə səsləndirilib. Görüşdə Avstriyanın kansleri Kristian Ştoker və bu ölkənin xarici işlər naziri Beate Meinl-Reisnger də iştirak ediblər.

Avropa İttifaqı liderləri martın 20 və 21-də Brüsseldə sammit üçün görüşəcəklər. Əsas müzakirə mövzuları arasında Ukrayna və Yaxın Şərqdəki vəziyyət olub. Avropanın müdafiəsi və assosiasiyanın rəqabət qabiliyyətinə dair dialoq da planlaşdırılır.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->