Böyük Britaniyada Şotlandiya sahillərində yerləşən özəl ada satışa çıxarılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Hasqer adlı ada Xarici Hebrid adalar qrupuna daxildir və təxminən 20 hektar sahəyə malikdir. Ada yaşayışsızdır, oradakı yeganə tikili isə hazırda fəaliyyət göstərən avtomatik mayakdır.
Hasqer məhsuldar otlaqlarla örtülüb, bir neçə kiçik şirin su gölü və qayalı sahili var. Adanın əsas cazibəsi isə orada yaşayan suiti koloniyasıdır. Həmçinin Hasqerdən ətrafdakı adalara valehedici mənzərə açılır.
"Daily Mail" yazır ki, ən yaxın yaşayış məntəqəsindən beş mil (təxminən 8 km), dəmir yolu stansiyasından isə təxminən 75 mil (təxminən 112 km) uzaqlıqda yerləşən bu ada, introvеrtlər üçün ideal sığınacaq ola bilər. Lakin ora səyahət etmək asan deyil - gelib-gedən dalğalar çox vaxt səfərlərə mane olur, üstəlik, adada heç bir rahatlıq şəraiti yoxdur.
Adanın satışını həyata keçirən "Galbraith” daşınmaz əmlak şirkəti bildirir ki, bu yer kiçik bir kottec tikərək həqiqətən unikal bir istirahət məkanına çevrilə bilər.
Hasqer adası 120 min funt-sterlinqə (təxminən 160 min dollar) satışa çıxarılıb. Bu məbləğ Böyük Britaniyanın böyük şəhərlərindəki bir otaqlı mənzilin qiymətindən də ucuzdur.
Aydın
Şərhlər