Xəbər lenti

Braziliyada COP30-dakı yanğın zamanı xəsarət alanlar arasında Azərbaycan vətəndaşları var?
Dünya 10:27 21.11.2025

Braziliyada COP30-dakı yanğın zamanı xəsarət alanlar arasında Azərbaycan vətəndaşları var?

Braziliyanın Belem şəhərində keçirilən BMT-nin COP30 konfransında baş verən yanğın zamanı xəsarət alanlar arasında Azərbaycan vətəndaşları yoxdur.

Qaynarinfo bu barədə APA-ya istinadən xəbər verir.

Qeyd edək ki, ötən gün Braziliyanın Belem şəhərində COP30 konfransının pavilyonlarından birində yanğın baş verib və təşkilatçılar nümayəndə heyətini, jurnalistləri və işçiləri təcili olaraq təxliyə etməyə məcbur olublar. Hadisə mərkəzin milli və tematik stendlərinin yerləşdiyi sərgi zonasında baş verib. Yanğına elektrik nasazlığı səbəb ola bilər, lakin rəsmi səbəb hələ təsdiqlənməyib. Yanğın tez bir zamanda söndürülüb; xəsarət alan olmayıb, lakin konfrans müvəqqəti olaraq dayandırılıb.

"Associated Press" agentliyi yanğın nəticəsində 13 nəfərin xəsarət aldığı barədə məlumat yayıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->