Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Nenad Nesiç və daha 6 məmur korrupsiyada şübhəli bilinərək saxlanılıb.
Qaynarinfo xəbər verir ki, "Putevi RS" dövlət yol müəssisəsinin direktoru Milan Dakiç də saxlanılanlar arasındadır.
Bosniya və Herseqovina Baş Prokurorluğunun məlumatına görə, saxlanılanlar sui-qəsddə, çirkli pulların yuyulmasında, vəzifə səlahiyyətlərindən sui-istifadədə və rüşvət almaqda şübhəli bilinirlər. Rüşvətin həcmi dəqiqləşdirilməyib. İşin təfərrüatları açıqlanmır.
46 yaşlı Nenad Nesiç 2023-cü ilin yanvarından təhlükəsizlik naziri vəzifəsində çalışıb və 2016-2020-ci illərdə "Putevi RS"nin direktoru olub. O, Serb Respublikasının prezidenti Milorad Dodikin rəhbərlik etdiyi Müstəqil Sosial Demokratlar Alyansı ilə koalisiyada olan Demokratik Xalq Alyansı Partiyasına rəhbərlik edir.
Qeyd edək ki, Bosniya və Herseqovina iki qurumdan - Bosniya və Herseqovina Federasiyası (Xorvat-müsəlman) və Serb Respublikasından ibarətdir. Onların arasında beynəlxalq idarəçilikdə olan Brcko rayonu yerləşir. Hökumət sistemində üç əsas xalq təmsil olunur: boşnaklar (islam slavyanları), xorvatlar (katoliklər) və serblər (pravoslavlar). Hər bir qurumun öz konstitusiyası və icra orqanı var.
Aydın
Şərhlər