Almaniyanın "Bild" nəşrinin təhlükəsizlik xidmətlərindəki mənbələrə istinadən verdiyi məlumata görə, Bolqarıstan və Yunanıstan Şengen zonasındakı sərbəst hərəkət hüququndan istifadə edərək, ərazilərindəki qaçqınları Almaniyaya yönləndirirlər.
Qaynarinfo xəbər verir ki, Yunanıstan və ya Bolqarıstanda sığınacaq müraciəti edən bəzi qaçqınlar (məsələn, Əfqanıstan və Suriyadan gələnlər) tam yaşayış icazəsi və ya qaçqın mərkəzində yer əvəzinə "Əlavə mühafizə statusu alan şəxsin səyahət sənədi" adlı sənəd əldə edirlər. Bu sənəd Şengen zonasında 90 gün müddətində keçərlidir. Həmin müddət ərzində bu şəxslər aşağıbüdcəli aviareyslər vasitəsilə Almaniyaya səyahət edir və ora çatdıqdan sonra yenidən sığınacaq müraciəti edirlər.
Yalnız 2024-cü il ərzində Yunanıstandan gələrək bu üsulla Almaniyada qalan qaçqınların sayı 25 minə yaxın olub. Almaniya rəsmiləri bu tendensiyanın miqyasını dərk etdikdən sonra narahatlıqlarını ifadə ediblər. Hazırda onlar məsələni birbaşa Yunanıstan hökuməti ilə müzakirə etməyi planlaşdırırlar.
Almaniyanın Xristian-Demokrat İttifaqından (XDS) olan siyasətçi Natanael Liminski Yunanıstana səfər edərək qaçqınlarla bağlı danışıqlar aparmalıdır.
Aydın
Şərhlər