Xəbər lenti

BMT seksual zorakılıqla bağlı istintaq aparır, Kərim Xan məzuniyyətə çıxıb
Dünya 20:37 16.05.2025

BMT seksual zorakılıqla bağlı istintaq aparır, Kərim Xan məzuniyyətə çıxıb

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) baş prokuroru Kərim Xan haqqında "seksual zorakılıq" ittihamları ilə bağlı BMT tərəfindən aparılan araşdırma çərçivəsində müvəqqəti inzibati məzuniyyətə çıxıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" məhkəmədəki mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, BMT-nin araşdırması yekunlaşmaq üzrədir və məzuniyyətin səbəbi də bununla bağlıdır. Keçən həftə Kərim Xan BMT-nin müstəntiqləri ilə görüşüb, bu isə dekabr ayında başlanan xarici araşdırmanın son dindirilməsi kimi qiymətləndirilir.

Rəsmi bəyanatın cümə günü sonunadək verilməsi gözlənilir.

Kərim Xana qarşı seksual zorakılıq ittihamları ilk dəfə 2024-cü ilin payızında səsləndirilib. BCM-in sabiq əməkdaşı bildirib ki, baş prokuror vəzifəsindən sui-istifadə edərək ona yaxınlıq etməsi üçün təzyiq göstərib. Daha sonra mediada prokurorun işi ört-basdır etməyə cəhd etdiyi barədə məlumatlar da yayılıb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->