Xəbər lenti

Video 13:53 12.07.2025

"Biz Görüşəcəyik 2" sənədli filminin təqdimat mərasimi oldu (FOTO/VİDEO)

Dünən tanınmış ilahiyyatçı alim Hacı Şahin Həsənlinin xatirəsinə həsr olunmuş "Biz Görüşəcəyik 2” sənədli filminin təqdimat mərasimi olub. 

Qaynarinfo xəbər verir ki,təqdimatda mərhumun ailə üzvləri, şəhid ailələri, tanınmış ilahiyyatçılar -  Seyid Ağarəşid Talıbov, Hacı Cavid Pənahlı, ziyalılar -  Mail Yaqub, Jalə Əhmədova, Xalidə Bayramova və əməkdar artist Aybəniz Haşımova o cümlədən Hacı Şahin sevərlər iştirak edib. 

Tədbirin aparıcısı tanınmış telejurnalist Tural Müseyibov olub. Tədbir zamanı Hacı Şahin haqqında bir-birindən təsirli sözlər deyilib. Sonda film izləyicilərə təqdim olunub. 

Qeyd edək ki, filmdə  ilahiyyatçının dini və ictimai fəaliyyətləri əks olunub. Ekran işində tanınmış ziyalılar, xadimlər, şəhid valideynləri və yaxınları iştirak edib. Filmin müəllifi jurnalist İradə Nurəddinqızıdır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->