Xəbər lenti

Azərbaycan millisi 2025-ci ildəki ilk oyununa çıxacaq
İdman 11:02 22.03.2025

Azərbaycan millisi 2025-ci ildəki ilk oyununa çıxacaq

Bu gün futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq görüşündə Haiti yığması ilə qarşılaşacaq.

Qaynarinfo xəbər verir ki, rəqibini Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qəbul edəcək yığma 2025-ci ildəki ilk oyununda qələbə qazanmaq niyyətindədir.

Qarşılaşmanı Kadir Sağlamın başçılıq etdiyi türkiyəli hakimlər briqadası idarə edəcək. Dördüncü hakim funksiyasını isə Fərid Hacıyev yerinə yetirəcək.

Matç saat 21:45-də start götürəcək.

Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv üç gün sonra "Bank Respublika Arena"da Belarus millisini sınağa çəkəcək.

22 mart

21:45 Azərbaycan – Haiti

Baş hakim: Kadir Sağlam

Baş hakimin köməkçiləri: Deniz Caner Ozaral, Anıl Usta

Dördüncü hakim: Fərid Hacıyev

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->