Xəbər lenti

Xocalının Ballıca kəndi içməli su ilə necə təmin edilir?
Ekonomiks 13:03 05.05.2025

Xocalının Ballıca kəndi içməli su ilə necə təmin edilir?

Xocalı rayonunun Ballıca kəndində 172 ailənin, yəni 811 nəfərin daimi məskunlaşması təmin olunub.

Əhalinin su ilə təminatı ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Trend-in sorğusuna cavab olaraq bildiriblər ki, Ballıca kəndindən 12 km aralıda Ballıca çayının üzərində suqəbuledici qurğu inşa edilib.

"Qurğudan içməli su kəndin ərazisində olan 2 ədəd su anbarına ötürülür və özüaxımı ilə əhaliyə çatdırılır. Əhali 24 saat keyfiyyətli içməli su ilə təmin olunur", - deyə qurumdan məlumat verilib.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->