Xəbər lenti

Avropanın iki ölkəsində yeni cüzam halları qeydə alınıb
Dünya 15:15 21.12.2025

Avropanın iki ölkəsində yeni cüzam halları qeydə alınıb

Xorvatiyada iki ildir ailəsi ilə birlikdə ölkədə yaşayan Nepaldan olan bir işçiyə cüzam diaqnozu qoyulub. 

Qaynarinfo xəbər verir ki, yerli "24sata" nəşrinin məlumatına görə, Xorvatiya İctimai Səhiyyə İnstitutu bunun sözdə "idxal olunmuş hal" olduğunu təsdiqləyib. 

Xəstəyə dərhal antibiotiklər təyin edilib və bütün qohumları müşahidə altındadır və ya profilaktik müalicə alırlar.

Dubrava Klinikasının yoluxucu xəstəliklər üzrə mütəxəssisi Bruno Barşiç yayılma riskinin minimal olduğunu bildirin.

Həkim vurğulayıb ki, yoluxmaq üçün uzun və yaxın təmas tələb olunur: məsələn, birlikdə yaşamaq və ya pis yaşayış şəraitində eyni yataqda yatmaq.

Xorvatiyada son cüzam halı 30 ildən çox əvvəl qeydə alınıb.

Rumıniyada daha iki təsdiqlənmiş hal və iki şübhəli hal müəyyən edilib. "Azadlıq" radiosunun məlumatına görə, yoluxanlar Kluj şəhərindəki masaj salonunda işləyib və obyekt hakimiyyət orqanları tərəfindən bağlanıb. Asiyadan gələn dörd qadın karantinə alınıb.

Həkimlər vurğulayırlar ki, cüzam artıq müalicə oluna bilən bir xəstəlikdir: antibiotiklərlə xəstəlik bir neçə il ərzində tamamilə sağalır. İnfeksiya riski adətən müalicəyə başladıqdan bir neçə gün sonra yox olur.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->