Xəbər lenti

Avropa və Ukrayna Trampın planını tam rədd edə bilməz -
Dünya 11:00 21.11.2025

Avropa və Ukrayna Trampın planını tam rədd edə bilməz - "Sky News" səbəbi izah etdi

Ukrayna və Avropa ABŞ-ın təklif etdiyi "sülh planını” tam şəkildə rədd edə bilmirlər, çünki bu, Donald Trampı narazı sala və onu Ukraynadan uzaqlaşdıra bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Sky News”un şərhçisi Dominik Vaqxorn yazır.

O xatırladır ki, 28 bəndlik bu plan Trampın nümayəndəsi Stiv Vitkoff və Kreml rəsmisi Kiril Dmitriyev tərəfindən – Avropa və Ukraynanın iştirakı olmadan hazırlanıb. Sənəd faktiki olaraq Rusiyanın tələblərini "sülh təklifi” kimi təqdim edir.

Plan ukraynalılar üçün çox ağır bir vaxtda ortaya çıxıb – Rusiyanın dağıdıcı hava hücumlarının fonunda, Ukraynanın əsas dayaq şəhərlərindən biri olan Pokrovskun itirilməsi təhlükəsi ilə üz-üzə olduğu bir anda və həmçinin müharibə başlayandan bəri ən ciddi siyasi böhran zamanı.

"Şübhələr var ki, Vitkoff və Dmitriyev məhz bu anı Ukrayna prezidentinə daha çox təzyiq göstərmək üçün seçmək barədə əvvəlcədən razılaşıblar”, – Vaqxorn qeyd edir.

Ancaq maraqlıdır ki, məhz bu situasiya prezident Zelenskiyə böhranı aşmaqda kömək edə bilər, – deyə müəllif bildirir:

"Kiyevdə Vitkoff–Dmitriyev planı ümumi qəzəb və qınama ilə qarşılandı. Rəqiblərin başqa çıxış yolu yoxdur – belə əsassız tələbələrlə üzləşən hərbi dövr liderinin ətrafında birləşməli olacaqlar”.

Analitik yazır ki, planın ortaya çıxması Trampın özünün sülh yaratma bacarığına həddindən artıq inamından qaynaqlana bilər. Bundan əlavə, narahatlıq var ki, Trampın komandası onun bu münaqişədən tam şəkildə uzaqlaşması üçün yollar axtarır və prosesin uğursuzluğunu Ukraynanın "sərt mövqeyi” ilə izah etməyə çalışa bilər.

Bununla belə, Avropa və Ukrayna bu planı tam şəkildə rədd edə bilməzlər – çünki bu, Trampı tamamilə özlərindən uzaqlaşdıra bilər:

"Onlar zaman qazanmağa çalışacaqlar və ümid edəcəklər ki, bütün faktlara baxmayaraq, Trampı hələ də Kremlin təsirindən kənara çıxarmaq və onu Vladimir Putinə təzyiq etməyə – müharibəni dayandırmağa sövq etmək mümkündür. Ukraynanı kapitulyasiyaya məcbur etmək yox”.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->