Bir neçə gün əvvəl Prezident İlham Əliyevin sərəncamı ilə Ceyhun Cəlilov Naxçıvan MR-da Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin olunub. Yeni vəzifəsinə görə o, Naxçıvan Baş naziri vəzifəsindən azad edilib.
Hazırda Naxçıvanda Baş nazir vəzifəsi boşdur.
Modern.az-ın məlumatına görə, Baş nazirin səlahiyyətlərini Naxçıvan Muxtar Respublikasının Baş nazirinin birinci müavini Elşad Əliyev icra edir.
O, bu vəzifəyə Vasif Talıbov tərəfindən 2018-ci ildə təyin edilib, daha əvvəl kənd təsərrüfatı naziri vəzifəsində çalışıb.
Naxçıvan Muxtar Respublikası Baş nazirini vəzifəyə Ali Məclis təyin edir.
Naxçıvan Muxtar Respublikası Baş nazirinin vəzifəsinə namizəd isə Azərbaycan Respublikası Prezidenti tərəfindən təqdim olunur.
Baş nazir vəzifəsinə yaşı 30-dan aşağı olmayan, ali təhsilli, seçkilərdə iştirak etmək hüququna malik, başqa dövlət qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikasının vətəndaşı təyin edilir.
Yaxın günlərdə yeni Baş nazir təyinatının Ali Məclisdə müzakirə ediləcəyi gözlənilir.
Şərhlər