Xəbər lenti

Pakistanlı nazir: Bakı bəyannaməsini qəbul etməli və D-8 ölkələri arasında media əməkdaşlığını başlamalıyıq
Ölkə 11:24 21.11.2025

Pakistanlı nazir: Bakı bəyannaməsini qəbul etməli və D-8 ölkələri arasında media əməkdaşlığını başlamalıyıq

Bəyannamə qəbul etməli və D-8 ölkələri arasında media əməkdaşlığının əsasını qoymalıyıq.

APA xəbər verir ki, bunu Pakistanın İnformasiya və Yayım naziri Attaullah Tarar "Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda D-8 Media Forumunun açılış mərasimindəki çıxışında deyib.

"Pakistan əhalisinin 86%-i 30 yaşına çatmamış insanlardan ibarətdir. Hindistanla münaqişə dövründə Pakistanın Z nəslinin media fəaliyyəti çox mühüm xarakter aldı. Onların fəaliyyəti sayəsində Pakistan qlobal informasiya məkanında öz haqlı mövqeyini bərqərar etdi. Düşünürəm ki, biz Bakı bəyannaməsini qəbul etməliyik və artıq D-8 ölkələri arasında media əməkdaşlığına nail olmalıyıq”, - nazir bildirib.

O, Azərbaycanın D-8 qrupunun tamhüquqlu üzvü olduğundan məmnunluq ifadə edib və Pakistanın ölkəmizin sağlam informasiya məkanının yaradılmasında həyata keçirdiyi tədbirləri dəstəklədiyini vurğulayıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->