"Köhnə dünya nizamının sonu çatdı".
Qaynarinfo xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz "Süddeutsche Zeitung" qəzetinin təşkil etdiyi iqtisadi konfransda bildirib.
"Biz hələ bir neçə ildən sonra dünya nizamının necə olacağını bilmirik, amma tam əminliklə bilirik ki, Qərbdə son 80 il, Şərqdə isə 35 ildir tanıdığımız bu dünya nizamı artıq sona çatıb", deyə Almaniya kansleri əlavə edib.
Merz bildirib ki, artıq Atlantikdə dərin bir uçurum yaranıb. Onun sözlərinə görə, baş verənlər transatlantik münasibətlərdə doğru və zəruri hesab edilən demək olar ki, hər şeyi şübhə altına alır.
Aydın
Şərhlər