XVIII əsrin sonunda iqtisadçı Tomas Maltus xəbərdarlıq etmişdi ki, əhalinin idarəolunmaz artımı bir gün ərzaq istehsalının imkanlarını üstələyəcək. Bu fikir sonradan "maltusçuluq” adlanan bir istiqamətin əsasını qoydu və bu yanaşma bu gün də aktuallığını qoruyur. Bu xüsusilə əhalisinin sayı artıq 8,2 milyardı keçmiş Yer planeti üçün daha da narahatlıq doğurur. BMT-nin proqnozlarına görə, bu rəqəm 2050-ci ilə qədər 10 milyarda çata bilər.
Qaynarinfo xəbər verir ki, bununla belə, görə, bəşəriyyətin qorxularını tez-tez elmi inqilablar arxada
qoyur.
XX əsrdə insanların süni gübrələri icad etməsi də belə olmuşdu. İndi isə yeni bir inqilabi mərhələ yaxınlaşır: "elektrokənd təsərrüfatı”.
Elektrokənd təsərrüfatı nədir?
Bildiyimiz kimi, bitkilərin böyüməsi üçün günəş işığı vacibdir. Amma alimlər artıq günəş işığının "birbaşa” təsiri olmadan bitkiləri böyütməyə nail olublar.
Bu yeni üsulda bitkilər artıq fotosintezə ehtiyac duymur. Günəş işığı əvəzinə, günəş panellərinin enerjisindən istifadə edilən kimyəvi reaksiya ilə su və karbon qazı (CO₂) birləşdirilərək asetat adlı sadə molekulyar bir birləşmə alınır. Genetik cəhətdən dəyişdirilmiş bitkilər bu asetatı qida kimi qəbul edə və istifadə edə bilirlər.
Başqa sözlə, alimlər bitkiləri "yeni üsulla qidalanmağa” öyrədiblər. Və bu yanaşmanın effektivliyi heyrətləndiricidir.
Adətən fotosintez bitkinin qəbul etdiyi günəş enerjisinin cəmi 1%-ni əlçatan enerjiyə çevirir. Elektrokənd təsərrüfatı isə işığa olan asılılığı aradan qaldırmaqla kənd təsərrüfatı üçün lazım olan torpaq sahəsini 94%-ə qədər azalda bilər! Bu isə kənd təsərrüfatını daha əvvəl qeyri-mümkün sayılan yerlərdə — məsələn, səhralarda, şəhər binalarının damlarında və s. — mümkün edir.
Üstəlik, bu yanaşma böyük miqdarda əkin sahəsini təbiətin bərpası və ya yaşayış üçün azad edə bilər. İnsanlıq daha az sahədə daha çox ərzaq istehsal edə biləcək. Hesablamalara görə, bu üsul nəzəri olaraq 136 milyard insana qədər qida təmin edə bilər. Əlbəttə, yaxın gələcəkdə bu qədər insanı yedizdirmək planlaşdırılmır, lakin bu rəqəm bu texnologiyanın potensialını göstərir.
Asetat — gizli əsas maddə
Bu irəliləyişin əsasında asetat dayanır. Bu birləşmədən bəzi mikroorqanizmlər artıq enerji mənbəyi kimi istifadə edir. İndi məqsəd bitkiləri də eyni şeyi etməyə alışdırmaqdır.
Adətən bitkilər böyümənin ilkin mərhələsində — fotosintez başlamazdan əvvəl — toxumda toplanmış enerjidən istifadə edir. Biyomühəndislər bu daxili prosesi yetkin bitkilərdə də "yenidən işə salmağa” çalışırlar ki, onlar da asetatla qidalana bilsinlər.
İlkin sınaqlar ümidvericidir. Məsələn, kahı və pomidor kimi bitkilər təkcə asetatla yaşaya bilmir, həm də inkişaf edirlər. Əgər bu uğur kassava, şirin kartof və ya dənli bitkilər kimi əsas kalori mənbəyi olan mədəni bitkilərdə də təkrar olunsa, bu, qlobal ərzaq sistemində böyük dəyişikliklərə yol aça bilər.
Bu texnologiya ilə hava şəraitindən asılı olmayaraq, ilboyu, qapalı və idarə olunan şəraitdə ərzaq istehsalı mümkün olacaq.
Alpər
Şərhlər