Almaniya kansleri Fridrix Merts bildirib ki, Rusiyaya qarşı növbəti – 17-ci sanksiyalar paketi Avropa İttifaqı Şurasının 20 mayda Brüsseldə keçiriləcək iclasında təsdiqlənə bilər.
Qaynarinfo xəbər
verir ki, bu barədə Merts X sosial şəbəkəsində məlumat yayıb.
Merts Ukrayna prezidenti Volodimir Zelenskinin İstanbulda danışıqlara getməsini ‘‘böyük güzəşt’’ adlandırıb. Onun sözlərinə görə, Rusiya rəhbəri Vladimir Putinin isə İstanbula getməməsi ‘‘özünü çətin vəziyyətə salmaq’’ anlamına gəlir.
Merts həmçinin Rusiyaya qarşı yeni sanksiyalar paketinin hazır olduğunu təsdiqləyib:
"Yeni sanksiyalar paketi hazırdır. Biz bu məsələni çərşənbə axşamı Brüsseldə həll edəcəyik”.
Qeyd edək ki, Aİ nümayəndələri 6 mayda Rusiyaya qarşı 17-ci sanksiyalar paketini müzakirəyə başlayıblar. Bu paket Rusiyanın hərbi maşını və "kölgə donanması" adlandırılan strukturuna yönəlib.
13 may tarixində isə Aİ nazirləri "cəzalandırıcı, maliyyə və iqtisadi sanksiyalar”ı nəzərdən keçiriblər.
12 mayda Aİ-nin daimi nümayəndələrinin komitəsi olan Coreper-in iclasında 20 mayda keçiriləcək Aİ Xarici İşlər Şurası iclasında sanksiyalar paketinin qəbuluna dair ilkin razılaşma əldə olunub.
Alpər
Şərhlər