Xəbər lenti

Aİ-nin missiyası Qubadlı ilə sərhəddə növbəti dəfə müşahidə aparıb (FOTO/VİDEO)
Video 10:26 11.03.2025

Aİ-nin missiyası Qubadlı ilə sərhəddə növbəti dəfə müşahidə aparıb (FOTO/VİDEO)

Avropa İttifaqının (Aİ) Ermənistandakı Müşahidə Missiyasının üzvləri Azərbaycanla həmsərhəd ərazilərdə müşahidələrini davam etdirirlər.

APA xəbər verir ki, Aİ müşahidəçilər martın 10-da növbəti dəfə Qubadlı rayonu ilə həmsərhəd əraziyə gəlib, binoklla müşahidə aparıblar.

Azərbaycan sərhədçiləri müşahidə missiyasının hərəkətlərini qeydə alıb.

Xatırladaq ki, Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyası mütəmadi olaraq Azərbaycanla sərhəd boyu müşahidələr aparır.

Bu barədə mətbuatda məlumatlar və görüntülər yayılır.

Qeyd edək ki, Avropa İttifaqının Ermənistanın Azərbaycanla sərhədindəki 200 nəfərlik müşahidə missiyasının mandatı 19 fevral 2027-ci ilədək uzadılıb.


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->