Xəbər lenti

ABŞ sərnişin təyyarələrində pulsuz Wi-Fi mövcud olacaq
Dünya 20:56 16.09.2024

ABŞ sərnişin təyyarələrində pulsuz Wi-Fi mövcud olacaq

Amerikanın "United Airlines" aviaşirkəti "SpaceX"in "Starlink" peyk interneti sayəsində uçuşlarında pulsuz Wi-Fi təqdim etməyi planlaşdırdığını açıqlayıb. Xidmətin sınaqlarına 2025-ci ilin əvvəlində başlanacaq, bundan sonra "Starlink"in pulsuz Wi-Fi-ı daşıyıcının 1000-dən çox təyyarəsində mövcud olacaq. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Verge” məlumat yayıb.

"United Airlines"ın baş direktoru Skott Kirbi bildirib ki, bu xidmət sərnişinlərə dünyanın demək olar istənilən yerində yerdə etməyə alışdıqları hər şeyi təyyarənin göyərtəsində etməyə imkan verəcək. "The Verge" yazır ki, təşəbbüs səyahətçilər üçün vacibdir, çünki "United Airlines"də və əksər digər daşıyıcılarda mövcud uçuş zamanı Wi-Fi çox vaxt etibarsızdır, məqbul sürəti təmin etmir və bahalıdır.

"Starlink" sərnişinlərə 100 ms-dən az gecikmə ilə ən azı 100 Mbit/s ortaq qoşulma sürəti təqdim etməyi planlaşdırır. Bu parametrlər axınlı videoya fasiləsiz baxmaq və videokonfranslarda iştirak etmək üçün kifayətdir.

"United Airlines" "Starlink" sayəsində təyyarələrində internetə çıxış təmin edən ilk aviaşirkət deyil. Bu xidmət artıq ABŞ-da JSX və "Hawaiian Airlines" təyyarələrində mövcuddur.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->