ABŞ Senatı Rusiya Prezidenti Vladimir Putindən Ukraynada müharibənin dayandırılması üçün real addımlar atmasını gözləyir. Əks halda, bir neçə gün ərzində Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsi səsverməyə çıxarılacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə qanun layihəsinin müəllifləri – demokrat senator Riçard Blumental və respublikaçı Lindsi Qremin 21 may tarixli birgə bəyanatında deyilir.
"Əgər vəziyyət olduğu kimi qalarsa, Rusiya ABŞ Senatının qəti addımlarına hazır olmalıdır. Bu məqsədlə biz çox şadıq ki, artıq Rusiyanın Ukraynaya qarşı vəhşicəsinə müdaxiləsinə görə sanksiyalar qanun layihəsinin 81 həmmüəllifi var. Bu qanun Rusiya üçün izolyasiyaedici təsir göstərəcək, onu ticarət baxımından bir ada dövlətinə çevirəcək”, – bəyanatda qeyd olunub.
Qanun layihəsində, xüsusilə, Rusiya nefti, qazı, uranı və digər məhsullarını alan ölkələrdən idxal olunan mallara 500 faizlik tarif tətbiqi nəzərdə tutulur.
Alpər
Şərhlər