ABŞ prezidentliyinə namizədliyini irəli sürən Florida qubernatoru Ron DeSantis maliyyə çatışmazlığı səbəbindən prezidentlik kampaniyasının heyətini ixtisar edəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə "Politico” qəzeti
yazır.
DeSantisin prezidentlik kampaniyası nağd pul çatışmazlığı ilə mübarizə apardığı üçün işçilərini ixtisar edir.
Bu həftə 10 nəfər işdən çıxarılıb. İşçilərin ixtisarı DeSantis kampaniyasının vəsait toplama gözləntilərini qarşılamaq məqsədi ilə əlaqələndirilib.
CNN-in məlumatına görə, Florida qubernatoru 20 milyon dollar ianə toplayıb ki, bunun da ən azı 1 milyon dolları maaşlar, vergi ayırmaları, sığorta və digər xərclərin ödənilməsinə sərf olunub.
Aydın
Şərhlər