Müğənni Cennifer Lopez Ben Afflekdən boşandıqdan sonra çoxlu pul xərcləməyə başlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə mənbələrə istinadən "In Touch Weekly" məlumat
yayıb.
Mənbə deyir ki, sənətçinin maliyyə komandası həyəcan təbili çalır və ifaçıdan xərclərini məhdudlaşdırmağı tələb edir. Məşhur indi dizayner paltarlarına gündə 100 min dollar xərcləyir və o, həftəlik xərclərinə təsir edən komandasını da genişləndirib.
"İlk növbədə, o, 50 milyon dollara başa gələ biləcək boşanma davasını həll etməlidir, bunun üzərinə 50 milyon dollarlıq bir ev də daxil olmaqla bir çox şeylərə pul xərcləməlidir", deyə mənbə bildirib.
Müğənninin ətrafı qorxur ki, qeyri-adi alış-veriş səbəbindən sənətçi 400 milyon dollar dəyərində sərvətini itirəcək.
"Onun indi pul xərcləmə tərzi çılğınlıqdır. Amma deyir ki, bu, onu xoşbəxt edir", deyə mənbə yekunlaşdırıb.
Qeyd edək ki, 2022-ci ilin yayında Cennifer Lopez və Ben Afflek ilk nişanlarından 20 il sonra evlənib. Bu evlilik müğənni üçün dördüncü evlilik olub. O, 1997-1998-ci illərdə ofisiant Ohani Noah, 2001-2002-ci illərdə isə rəqqasə Kris Cudd ilə evli olub. Lopezin üçüncü əri müğənni Mark Entonidir: 2004-cü ildə evləniblər, 2008-ci ildə Maks və Emmi adlı əkiz uşaqları olub, 2011-ci ildə isə boşanıblar.
Afflekə gəlincə, o, 2005-2018-ci illərdə aktrisa Cennifer Qarnerlə evli olub. Keçmiş həyat yoldaşlarının birlikdə üç övladı var: Violet, Fin və Samuel.
Aydın
Şərhlər