"Bizi Birləşdirən Mədəniyyət" İctimai Birliyi Qərbi Azərbaycan mövzusunda "Zəngəzur" mahnısı ictimaiyyətə təqdim edib.
Qaynarinfo xəvər verir ki, mahnının sözlərinin müəllifi Şahin Musaoğludur.
Şahin Musaoğlu tədbirdəki çıxışında bildirib ki, ona gələn təklifi böyük məmnuniyyətlə qəbul edib: "Hesab edirəm ki, bu layihə Zəngəzurun mədəni-tarixi irsinin tanıdılmasında əvəzsiz rol oynayacaq".
Layihənin ideya müəllifi vokal ifaçısı, Əməkdar artist Ramil Qasımovdur. Musiqi əsərinin bəstəsi Əməkdar artist Vüqar Camalzadəyə məxsusdur. İfaçılar isə Xalq artistləri Mübariz Tağıyev, Tünzalə Ağayeva, Əməkdar artistlər Ramil Qasımov, Aybəniz Haşımova, Samirə Əliyeva, Ehtiram Hüseynov və İlkin Dövlətovdur. İfaçıları zurnada Fəqan Rəhmanoğlu müşayiət edib. Layihədə səs rejissoru Əməkdar incəsənət xadimi Faiq Babayev, prodüser Riad Quliyev, koordinator isə Fərqanə Cabbarovadır.
Klipin çəkilişləri Şərqi Zəngəzurun Laçın, Qubadlı və Zəngilan rayonlarında aparılıb.
Şərhlər