Xəbər lenti

Neft-Kimya Prosesləri İnstitutu bu layihəyə 600 mindən çox pul xərcləyəcək
Ekonomiks 21:00 06.12.2025

Neft-Kimya Prosesləri İnstitutu bu layihəyə 600 mindən çox pul xərcləyəcək

Elm və Təhsil Nazirliyinin Neft-Kimya Prosesləri İnstitutu yeni nəhəng elmi tədqiqat işlərinə başlayır.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, İnstitut bununla bağlı "Tələt” Firması ilə iki yeni müqavilə bağlayıb.

Müqavilənin birində 0,0-dietil ditiofosfat turşusunun metal komplekslərinin model qurğusunun yaradılması üçün optimal parametrlərin müəyyənləşdirilməsi və tədqiqi üzrə elmi tədqiqat və sınaq xidmətlərinin, digərində isə fiziki amillər təsirində ağır qalıqlar və onların qarışıqlarından açıq rəngli neft məhsullarının alınması prosesinin tədqiqi üzrə elmi-tədqiqat, təcrübə və təcrübə-sınaq xidmətlərinin satınalınması nəzərdə tutulur.

Müqaviləyə əsasən, İnstitut bu xidmətlərin müqabilində "Tələt” şirkətinə 639 min 500 manat ödəniş edəcək.

Qeyd edək ki, "Tələt” Firmasının fəaliyyət istiqamətləri haqqında açıq mənbələrdə dəqiq məlumat yoxdur. Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən şirkət 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Füzuli rayonunun Balabəhmənli kəndində yerləşən şirkət Dövlət Vergi Xidmətinin Qarabağ Ərazi Vergilər Baş İdarəsində vergi uçotundadır. "Tələt” firmasının direktoru və qanuni təmsilçisi Rafiq Rüstəmovdur.

Dövlət satınalmalarının vahid internet portalında açıqlanan məlumatlara əsasən, şirkətin fəaliyyət sferası müxtəlifdir. "Tələt” Firması daha çox Neft-Kimya Prosesləri İnstitutunin təmir, abadlıq, sınaq, təcrübə xidmətlərinin, mebel avadanlıqlarının alqı-satqısının həyata keçirilməsi istiqamətində böyük maliyyə dəyərli tenderlərinin qalibi olub.


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->