Xəbər lenti

Yulafın piylənmə və diabet riskinə təsiri - Diyetoloqların açıqlaması
Sağlamlıq 18:39 10.04.2026

Yulafın piylənmə və diabet riskinə təsiri - Diyetoloqların açıqlaması

Diyetoloqlar yulaf sıyığının piylənmə ilə mübarizəyə kömək edə bilən və 2-ci tip diabetin inkişaf riskini azalda bilən qida məhsullarından biri olduğunu bildirirlər. 

Qaynarinfo "BBC Food”a istinadən xəbər verir ki, yulafın sağlamlığa təsiri ilə bağlı son elmi nəticələr onun faydasını təsdiqləyir.

Yulafın sağlamlığa faydası

Son elmi araşdırmalar yulafın ürək-damar xəstəlikləri, iltihabi proseslər və 2-ci tip diabet riskini azalda biləcəyini göstərib.

Qeyd olunur ki, yulafın bütün növləri tam taxıllı məhsullar kateqoriyasına daxildir və sağlam qidalanmanın əsas komponentlərindən biri kimi tövsiyə olunur. Britaniya Dietoloqlar Assosiasiyasının (BDA) məlumatına görə, taxılların faydalı maddələrinin böyük hissəsi kəpək və toxumun rüşeym hissəsində yerləşir. Buna görə tam taxıllı məhsullar emal olunmuş taxıllarla müqayisədə 75 faizə qədər daha çox qida maddəsi ehtiva edə bilər.

15 tədqiqatın icmalı göstərib ki, gündə üç porsiya tam taxıllı məhsul qəbul edən insanlarda bədən kütlə indeksi (BKİ) daha aşağı olur və qarın nahiyəsində piylənmə azalır. Bundan əlavə, son araşdırmalar bu məhsulların ümumi piylənmə riskini azaltdığını təsdiqləyir.

Mütəxəssislər bildirirlər ki, tam taxıllı məhsullar yüksək lif tərkibinə malikdir və bu da uzunmüddətli toxluq hissi yaradır. Harvard Universitetindən doktor Kelli Sovitski qeyd edib ki, liflər sayəsində insanlar daha uzun müddət tox qalırlar.

BDA-nın məlumatına görə, sağlam qidalanma və aşağı kalorili pəhriz çərçivəsində tam taxıllı məhsullardan istifadə edən insanlarda ürək-damar xəstəlikləri, insult və 2-ci tip diabet riski təxminən 30 faiz daha aşağı ola bilər.

Həmçinin bildirilir ki, maqnezium, kalium və antioksidantlar qan təzyiqinin aşağı salınmasına kömək edə bilər.

Digər klinik araşdırma isə göstərib ki, yulafın hər yeməkdə iki gün ərzində qəbul edilməsi "pis” xolesterinin səviyyəsini 10 faiz azalda bilər. Yulaf və arpa tərkibində olan beta-qlükan adlı həll olunan lif sayəsində xolesterinin ümumi səviyyəsinin aşağı düşməsinə təsir göstərir.

Yulafın qidalanmaya daxil edilməsi

Mütəxəssislərin sözlərinə görə, yulaf müxtəlif formalarda istehlak oluna bilər. Ondan şorbalar, bişmiş yeməklər və müxtəlif qəlyanaltılar hazırlanır.

Bundan əlavə, yulafdan vafli və enerji batonları hazırlamaq mümkündür. Həmçinin ağ çörək, makaron və düyü kimi emal olunmuş məhsulların tam taxıllı alternativləri ilə əvəz edilməsi tövsiyə olunur.

Aydın
--> -->