Xəbər lenti

AİB-nin Azərbaycan üçün proqnozu - Bu rəqəmlər nə qədər realdır?
Ekonomiks 18:10 10.04.2026

AİB-nin Azərbaycan üçün proqnozu - Bu rəqəmlər nə qədər realdır?

2026-2027-ci illərdə Azərbaycan iqtisadiyyatının orta hesabla 1,9 % artacağı gözlənilir. Bu rəqəmlər Asiya İnkişaf Bankının proqnozlarında əks olunub. Belə ki, ölkədə ÜDM-nin 2026-cı ildə 2 %, 2027-ci ildə isə 1,8 % artacağı gözlənilir. 

Asiya İnkişaf Bankının Azərbaycanın ÜDM artımı ilə bağlı proqnozlarında əks olunan rəqəm nə qədər realdır? 2025-ci ildə 1,4 %-lik artımdan sonra 2026–2027-ci illərdə 2 %-ə yaxın artımı bərpa, yoxsa zəif dinamika hesab etmək olar?

Qaynarinfo-ya açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycanda ümumi daxili məhsulun artım tempi zəifdir:



"Hətta göstərilən 2 faizə yaxın artımın özü belə zəifdir. İnkişaf etmiş ölkələrdə 2 faiz normal artım tempi sayılır, lakin inkişaf etməkdə olan ölkələrdə bu rəqəmlərin 2.5-3 faizdən daha yuxarı olması məsləhətlidir. Bu Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun tövsiyyələrində də qeyd olunur. Biz də inkişaf etməkdə olan ölkələrik. İnkişaf etmiş ölkələrdə 2 faiz normal artım tempi sayılır".

İqtisadçı vurğulayıb ki, bu temp Azərbaycan üçün qanedici deyil:

"Hökumət bunun haqqında düşünməlidir və iqtisadi artım trmpi 3 faizdən yuxarı olmalıdır ki, bu da yeni iş yerlərinin, yeni qazanc mənbələrinin yaranmasına səbəb olsun".

Günay İlqarqızı

--> -->