Yelo Bank,
rezident hüquqi şəxs olan müştəriləri üçün prosesləri bir qədər də
sürətləndirdi. Bank rəqəmsal xidmətlərini təkmilləşdirərək, İnternet Bankçılıq xidmətində
mövcud müştərilərinə əlavə biznes hesabını tam onlayn və sürətli şəkildə açmaq
imkanı yaradıb.
Yeni xidmət sayəsində proses tamamilə rəqəmsal formadadır və cəmi 1 dəqiqə
ərzində yekunlaşır. Hüquqi şəxslər vaxtlarını banka gəlməyə və ya videozənglə
identifikasiya keçməyə sərf etmir. Əlavə biznes hesabı açmaq istəyən müştərilər
üçün bu xidmət tamamilə ödənişsizdir.
Bu yenilik biznesin gündəlik fəaliyyətini dayandırmadan, istənilən məkandan
bank əməliyyatlarını idarə etməyə şərait yaradır. Müştərilər İnternet Bankçılıq
platforması üzərindən bir neçə kliklə yeni hesablarını aktivləşdirə və dərhal
əməliyyatlara başlaya bilərlər.
Xidmətdən istifadə üçün: https://ylb.az/ibank.
Biznes
kreditləri ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və yaFacebook,Instagram,Whatsappvəyelo.azhesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq
bankçılıq!
Şərhlər