"Aqua Sport" İdman-Sağlamlıq Mərkəzinin rəhbəri İsmayıl Atlıxanovun ölkədən çıxışına məhdudiyyət qoyulub.
Qaynarinfo-nun məlumatına görə, İsmayıl Atılxanovun rəhbərlik etdiyi "Reformer" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) 5065,84 manat borcu yaranıb.
Borc ödəmədiyi üçün 1973-cü il təvəllüdlü Atlıxanov İsmayıl Əşrəf oğlu barəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə müraciət edilib.
Məhkəmə onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.
Aydın
Şərhlər