Xəbər lenti

Yəhudi diasporu:
Dünya 17:30 26.09.2024

Yəhudi diasporu: "Avstriyadakı yəhudilərin kökü daha tez kəsilə bilər"

Gələn həftə Avstriyada keçiriləcək seçkilər Avstriya xalqına aktual sual verir: Parlamentdəki ən böyük partiyanın ehtimal olunan lideri Herbert Kikl "nazik niqablı" neo-nasistdir və sonuncu nasist liderinin özünü öldürməsindən 80 il sonra yenisi "Xalqın Kansleri" ola bilərmi?

Sentyabrın 29-da ölkə rəhbərliyinə əsas namizədlərdən biri olan neonasist Kikl vacib an olacaq. Sorğular onun parlamentdəki ən böyük partiyaya rəhbərlik edəcəyini proqnozlaşdırır. 

O, nə qədər ifratdır? Kikl o qədər ifratdır ki, çoxları üçün digər iki bədnam avstriyalının xatirələrini xatırladır: bunkerdə intihar edərək ölən və İsraildə ölümə məhkum edilən. Onsuz da qorxulu antisemitizm yuvasına çevrilən bir ölkədə hətta Kikl kimi kiçik bir fiqur belə küçələrdə artıq hiss olunanları institutlaşdıra bilər.

Ancaq əvvəllər qeyd olunan iki Adolfdan fərqli olaraq, Kikl hələ də diqqətli və ehtiyatlı addımlamalıdır. O, Avstriyanın sərt, antisemitizmə həssas qanunlarından xəbərdardır və beləliklə, qanuni minalara basmaqdan çəkinir və bunun əvəzinə onların ətrafında akrobatik hərəkətlər edir. Onun ağzından açıq-aydın antisemit sitatlar eşidilmir. Bununla belə, onun yaxın ətrafında son illərdə minlərlə antisemitist və ya neo-nasist insidentləri qeydə alınsa da, hələ ki, gözünü qırpmaqla və başını tərpətməklə dözür. O, özünü "Xalq Kansleri" adlandırır, əlbəttə ki, bu titula sahib olan sonuncu şəxs - Hitlerə istinad etmir.

Kikl sünnətə qarşıdır, lakin guya bu, antisemitizmdən doğmur. Xeyr, hər şey "uşaq hüquqları" ilə bağlıdır. O, heyvanların koşer (halal) metodla kəsilməsinə qarşıdır, lakin təbii olaraq "heyvan hüquqları” adı ilə. Və o, İsrail ordusunun fəaliyyətini pisləyir, çünki Yaxın Şərqdə sülhə mane olur. Bununla belə, bir televiziya müsahibəsində o, SS-i qınamaqdan imtina etdi, çünki onun sözlərinə görə, "ümumiləşdirmələrə qarşıdır".

Kiklin Avstriya Azadlıq Partiyası (FPO) qəti şəkildə İsrail əleyhinə mövqe nümayiş etdirir. Onların Avropa İttifaqındakı nümayəndəsi İsraili ən sərt tənqid edənlərdən biridir. 1950-ci illərdə nasist köklərindən yaranan və əvvəlcə keçmiş SS zabitləri tərəfindən idarə olunan partiya uzun müddətdir ki, neonasizmlə flört edir, eyni zamanda özünü əsas siyasətdən kənarlaşdırmaqdan məharətlə qaçır. Kikl 2021-ci ildə liderliyi ələ keçirəndə partiya daha radikal strategiyalar qəbul edib və daha çox ekstremal üzvləri işə götürüb. Bunun bariz nümunəsi, yəhudilərin qətlini ələ salan və Holokostun davam etdirilməsinə çağıran mahnılar da daxil olmaqla, antisemit mətnlər yayan neo-nasist qrupuna rəhbərlik etməklə şöhrət qazanmış Kiklin müavini Udo Landbauerdir.

Vyanadakı yəhudi icması çox narahatdır və haqlı olaraq belədir. Vyana Yəhudi Şurasının lideri ravvin Yakob Frenkel bunu həqiqət anı kimi təsvir edir. Seçkilərdən sonra Vyanada yəhudi həyatının davam edib-etməyəcəyi bəlli olacaq. Şuranın nizamnaməsi Azadlıq Partiyasının nümayəndələri ilə hər hansı əlaqəni qadağan edir ki, bu da partiyanın güc qazanacağı təqdirdə yəhudi icmasının varlığını daha da çətinləşdirəcək.

Bu, gələn həftə baş verəcək. Kikl Avstriya xalqını sınaqdan keçirəcək - 86 il əvvəl Avstriyanı faşist Almaniyasının əyalətinə çevirənləri həvəslə alqışlayan həmin Avstriya xalqını. Əgər gələn həftə onlar 1938-ci ildəki performanslarını təkrar etsələr və neonasistləri yenidən hakimiyyətə alqışlasalar, onlar artıq "nasistlərin qurbanı” olduqlarını iddia edə bilməyəcəklər.

O vaxt Vyanada 200.000 yəhudi var idi. Bu gün cəmi 10.000 var. O zaman nasistlər yəhudilərin kökünü tez bir zamanda Vyanadan kəsdilər. Bu gün daha asan ola bilər.

Tərcümə: Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->