Xəbər lenti

Masazır qəbiristanlığında yer üçün vətəndaşlardan yüksək pul tələb olunur? (VİDEO)
Video 23:55 30.03.2026

Masazır qəbiristanlığında yer üçün vətəndaşlardan yüksək pul tələb olunur? (VİDEO)

Qəbristanlıq ərazisindəki boş torpağı alıb qəsəbə sakinlərinə qəbir yeri kimi baha qiymətə satırlar. Masazır qəsəbəsində vətəndaşlardan yüksək məbləğdə pul tələb olunduğu iddia edilir.

Vətəndaşlar deyir ki, onsuz da torpağı qıt olan qəsəbədə qəbristanlıqda yer tapmaq mümkün deyil. Çünkü, əraziyə nəzarət edən Pənah Məmmədov adlı şəxs  torpağı ucuz alıb baha satmaqla məşğuldur.

İddialara aydınlıq  gətirmək üçün Masazırın köhnə qəbristanlğına baş çəkib nəzarətçilərlə  görüşmək istədik, amma  əraziyə gəlişimizdən xəbərdar olduqları üçün gözə dəymədilər.

Bir neçə saat gözlədikdən sonra Masazır qəsəbəsində köhnə qəbristanlıq adlanan ərazinin təmizlik işlərinə məsul İbrət Əhmədovla əlaqə saxladıq. Telefon danışığını olduğu kimi təqdim edirik.

Adı qəbir satmaqla məşğul olan şəxs kimi hallanan Pənah Məmmədovla da əlaqə saxladıq. O, haqqında səsləndirlən iddia ilə razılaşmadığını, qəbiristanlığa nəzarətin rəsmi olaraq Eldar adlı şəxsə həvalə edildiyini bildirdi.

Ziyarətə gələn qəsəbə sakinləri ilə görüşüb qəbir yerlərinin qiyməti ilə də maraqlandıq.

Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik:

--> -->