Xəbər lenti

Xırdalanda yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq
Ekonomiks 17:28 15.07.2025

Xırdalanda yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq

Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq "Əliağa Vahid” yarımstansiyasında yeni quraşdıran 25 mVA gücündə transformator iyulun 15-də elektrik şəbəkəsinə qoşulacaq. 

Qaynarinfo "Azərişığ"a istinadən xəbər verir ki, bununla əlaqədar olaraq saat 16:30-dan 17:30-dək Xırdalan şəhərinin bəzi hissələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.  

Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

--> -->