"Statistik göstəricilərə əsasən, bu rəqəmlərə ilk dəfə onkoloji xəstəlik diaqnozu təyin edilən insanların sayı daxil edilməyib. Bəzi hallarda isə xəstələr müayinə və müalicə ilə bağlı xarici ölkələrə üstünlük verir. Bu da statistikanın real olmamasını ortaya qoyur”.
Professor Adil Qeybulla Qaynarinfo-ya açıqlamasında bildirib ki, onkoloji xəstələrin sayının, hətta bütövlükdə onların ayrı-ayrı nozoloji vahidlər üzrə formulalarında artması bu günün reallığıdır:
"Ekoloji, qida problemi, stres onkoloji xəstəliklərin əsasında dayanır. Bu gün xeyli insan var ki, onlar xərçəngyönlü xəstəliklərlə ayaq üstə gəzirlər. Siqaret çəkənlərin sayı günü-gündən artır. Qadınlar arasında siqaret çəkənlər var. Bu, xərçəng əmələ gətirən faktordur. Digər tərəfdən əhali artımının özü də statistikaya təsir edir. Bütün dünyada, o cümlədən Azərbaycanda onkoloji xəstələrin sayı artır”.
Onkoloji xəstəliklərin İcbari Tibbi Sığorta paketinə daxil edilməsinə gəlincə, Adil Qeybulla hesab edir ki, bu, zaman məsələsidir:
"Çünki onkoloji xəstələrin müalicəsi çox bahadır. Xüsusən də "ağıllı dərman” deyilən preparatlardan istifadə geniş yayılıb. Bunlar çox baha preparatlardır. Biz onların hələ əvəzedicilərindən istifadə edirik, amma bütün bunlara baxmayaraq, vəziyyət çox dramatikdir. Onkoloji xəstələrin İcbari Tibbi Sığorta zərfinə daxil edilməsi üçün indiki İcbari Tibbi Sığorta ilə vəsait qəti yetərli deyil. Bu vəsait bir neçə dəfə artırılmalıdır”.
Adil Qeybulla hesab edir ki, dövlətin imkanları artdıqca buna gediləcək, amma:
"Düşünürəm ki, insanlar özləri də diqqətli olmalıdır. Az yemək, çox hərəkət eləmək, təmiz havada gəzmək, zərərli vərdişlərdən uzaq durmaq və s. həyat tərzi vacib şeydir. Həyat tərzi onkoloji xəstəliklərin əsasında dayanır”.
Bahar Rüstəmli
Şərhlər