Xəbər lenti

Xalq artistinin qızı:
Sənət 17:04 04.02.2025

Xalq artistinin qızı: "Anam niyə ölsün ki, özün öl!"

"Anamın səhhəti yaxşıdır, şükür. "İstanbul NS" klinikasında müalicəsi davam etdirilir".

Bu fikirləri Oxu.Az-a açqılamasında Xalq artisti Fatma Mahmudovanın qızı Nigar Tofiqqızı deyib.

N.Tofiqqızı sözlərinə belə davam edib:

"Anamın səhhətinin ağırlaşdığını deyənlər və ya ölüm xəbərini yayanlar qələt edirlər. Ayıbdır, vallah. Anam niyə ölsün ki, özün öl!"

Xatırladaq ki, Xalq artisti Fatma Mahmudovanın səhhətində problemlər yaranıb. Həkimlər onun beyin insultu keçirdiyini qeyd edib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->