Xəbər lenti

İlham Əliyev: Vaşinqtonda atışma məni dərindən sarsıtdı, zorakılıq qəti şəkildə pislənməlidir
Siyasət 11:28 26.04.2026

İlham Əliyev: Vaşinqtonda atışma məni dərindən sarsıtdı, zorakılıq qəti şəkildə pislənməlidir

Ağ Ev Müxbirləri Assosiasiyasının Vaşinqtonda keçirilən şam yeməyində baş verən atışma məni dərindən sarsıdıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Belə zorakılıq halları qəbuledilməzdir və qəti şəkildə pislənməlidir. Prezident Trampın, Birinci xanımın və bütün iştirakçıların təhlükəsiz olması sevindiricidir. Onlara davamlı təhlükəsizlik və rifah arzulayıram", - deyə Dövlət başçısı vurğulayıb.
 
--> -->