Xəbər lenti

İdman 18:12 25.04.2026

"Sumqayıt" "İmişli"yə qalib gəldi

Misli Premyer Liqasında XXIX tura start verilib.

Qaynarinfo-nun məlumatına görə, turun açılış matçında "İmişli" "Sumqayıt"ı qəbul edib.

Quba Olimpiya İdman Kompleksində keçirilən görüş, Sumqayıt komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Aleksandr Ramalinqom 34 və 85-ci dəqiqədə fərqlənməklə dubla imza atıb. Bu nəticədən sonra "Sumqayıt" 38 xalla 7-ci pillədə yer alıb. 9-cu yerdə olan "İmişli"nin isə 29 xalı var.

Qeyd edək ki, XXIX tura aprelin 27-də yekun vurulacaq.

--> -->