Xəbər lenti

Rasim Balayevlə vida mərasimi keçirilir (YENİLƏNİB/FOTO)
Foto 11:38 30.03.2026

Rasim Balayevlə vida mərasimi keçirilir (YENİLƏNİB/FOTO)

Xalq artisti Rasim Balayevlə Akademik Milli Dram Teatrında vida mərasimi keçirilir.

"Report" xəbər verir ki, vida mərasimində görkəmli aktyorun ailə üzvləri, sənət dostları, mədəni-ictimai xadimlər və media mənsubları iştirak edirlər.

Qeyd edək ki, R.Balayev ötən gün İstanbulda müalicə aldığı xəstəxanada vəfat edib. Onun cənazəsi gecə saatlarında Bakıya gətirilib.

Xalq artisti Birinci Fəxri xiyabanda dəfn olunacaq.

09.42
 
Xalq artisti Rasim Balayevin cənazəsi Türkiyənin İstanbul şəhərindən Bakıya gətirilib.

"Report" xəbər verir ki, cənazəni gətirən təyyarə Heydər Əliyev Hava Limanına eniş edib.

Qeyd edək ki, bu gün Akademik Milli Dram Teatrında mərhum sənətkarla vida mərasiminin keçirilməsi, ardınca isə Birinci Fəxri xiyabanda dəfn edilməsi planlaşdırılır.

Xatırladaq ki, Xalq artisti dünən İstanbulda yerləşən "Memorial" xəstəxanasında vəfat edib.

R.Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub. 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib və Bakı kinostudiyasında "Ulduzlar sönmür" adlı ekran işində kiçik rolla böyük kinoya gəlib.

Xalq artisti bundan sonra "Nəsimi", "Babək", "Atları yəhərləyin", "Dədə Qorqud" və digər onlarla filmdə əsas rollarda çıxış edib.

R.Balayev "Şərəf", "Şöhrət", "İstiqlal" ordenləri və "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı, həmçinin bir sıra digər dövlət mükafatı və medalları ilə təltif olunub.


--> -->