Naxçıvanda məşhur "Batabat" İstirahət Mərkəzində aparılan yoxlamalar zamanı pozuntular aşkarlanıb.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Möhbəliyeva Böyükxanım Mirzə qızının rəhbəri olduğu "Batabat Restoranı" Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) operativ vergi nəzarəti həyata keçirib.
Restoranda işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərlə işəgötürən arasınnda əmək müqaviləsinin hüquqi qüvvəyə minməsinə OVN nəticələri haqqında - AKT-a əsasən 8000 manat maliyyə sanksiyası tətbiq edilib. Operativ vergi nəzarəti üzrə - Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayyət olunması vəziyyəti haqqında AKT-a əsasən 1000 manat maliyyə sanksiyası tətbiq olunub.
Qeyd edək ki, "Batabat Restoranı" MMC-nin hazırda Naxçıvan 3 saylı Ərazi Vergilər İdarəsinə 19802.2 AZN vergi borcu var.
Xatırladaq ki, sözügedən restoran Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbova məxsus olub. "Batabat Restoranı" MMC-nin ilk rəhbəri də sabiq sədrin yaxın qohumu Talıbov Abbas Fərəc oğlu idi.
Aydın
Şərhlər