Cəbhədəki vəziyyət ukraynalıların ölkəni 1991-ci il sərhədlərinə qaytarmaq zərurətinə inamını sarsıdıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Conversation" yazıb.
"Rusiyanın döyüş meydanında tədricən uğurları Ukrayna xalqının öz ölkəsinin 1991-ci il sərhədlərini bərpa etmək üçün lazım olan bütün çətinliklərə tab gətirmək istəyini sarsıdıb", deyə nəşr qeyd edib.
Bildirilir ki, Rusiya hərbi əməliyyatların ümumi trayektoriyasının Rusiya Silahlı Qüvvələrinin xeyrinə olmasından təsəlli ala bilər.
"The Conversation" yazır ki, Vaşinqtonda yeni dövlət başçısı peyda olana qədər Ukrayna Silahlı Qüvvələri üçün vəziyyətin yaxşılığa doğru dəyişməsi ehtimalı azdır. Bundan əlavə, Çin siyasi baxımdan birmənalı olaraq Rusiyanın tərəfindədir, İran və Şimali Koreya vacib hərbi təchizat xətləri təklif edir.
Bundan əvvəl Avropa Xarici Əlaqələr Şurasının (ECFR) sorğu məlumatları göstərirdi ki, avropalılar Ukraynanın münaqişədə Rusiyanı məğlub edə bilməyəcəyinə inanmağa meyllidirlər.
Eyni zamanda, ukraynalıların əksəriyyəti (58%) hələ də Ukrayna Silahlı Qüvvələrinin qalib gələ biləcəyinə və beynəlxalq müttəfiqlərinin dəstəyinə ümid etməyə davam edə biləcəklərinə əmindir.
Aydın
Şərhlər