Xəbər lenti

Hacı İbrahimin şirkətlərindən biri borca düşdü, digəri isə...
Ekonomiks 17:32 02.07.2025

Hacı İbrahimin şirkətlərindən biri borca düşdü, digəri isə...

İş adamı Hacı İbrahim Nehrəmliyə məxsus olan şirkət riskli vergi ödəyicilərinin siyahısına daxil edilib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bu, "Avesta Group Of Companies” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

"Avesta Group Of Companies” 2017-ci ilin mayın 12-də dövlət qeydiyyatına alınıb və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində uçota alınıb.

Şirkətin hüquqi ünvanı paytaxtın Nərimanov rayonu, Məmməd Araz küçəsi, ev 71 A ünvanında yerləşir. 

Qeyd edək ki, Hacı İbrahim Nehrəmliyə məxsus "Avesta Konserni” isə riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsə də, külli miqdarda vergi borcu mövcuddur. Belə ki, hazırda şirkətin dövlət qarşısında 703 986.94 manat vergi borcu var.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->