Ukrayna 2021–2025-ci illərdə əsas silah növlərinin dünyada ən böyük alıcısı olub. Ölkə bu dövrdə qlobal silah idxalının 9,7 faizini əldə edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) yeni hesabatında bildirilir.
Müqayisə üçün qeyd olunur ki, 2016–2020-ci illərdə Ukraynanın qlobal silah idxalındakı payı cəmi 0,1 faiz idi.
Rusiyanın 2022-ci ilin fevralında başlatdığı genişmiqyaslı işğaldan sonra Kiyevə əsas silah növlərinin tədarükünü ən azı 36 dövlət həyata keçirib.
Ukraynaya silah tədarük edən üç əsas ölkə ABŞ (Ukraynanın silah idxalının 41 faizi), Almaniya (14 faiz) və Polşa (9,4 faiz) olub.
Eyni zamanda, 2025-ci ildə Ukraynaya silah tədarükünün həcmi 2023 və 2024-cü illə müqayisədə xeyli az olub. Bu vəziyyət əsasən ABŞ-ın 2025-ci ildə Ukraynaya hərbi yardımı azaltması ilə izah olunur.
Bununla yanaşı, ABŞ-dan Ukraynaya silah ixracı ilə bağlı məlumatların daha məxfi xarakter alması dəqiq qiymətləndirmələrin aparılmasını çətinləşdirir.
Hesabatda qeyd edilir ki, 2025-ci ildə ən azı 25 dövlət Ukraynaya ötürmək üçün ABŞ-dan əsas silah növlərinin alınmasına razılıq verib. Bu silahların – o cümlədən hava hücumundan müdafiə raketləri və idarəolunan bombaların – tədarükü SIPRI tərəfindən ABŞ-ın silah ixracı kimi qeydə alınır.
Ümumilikdə 2021–2025-ci illərdə əsas silah növlərinin ən böyük beş idxalçısı Ukrayna, Hindistan, Səudiyyə Ərəbistanı, Qətər və Pakistan olub.
Aydın
Şərhlər