"İrandan buraxılaraq Türkiyənin hava məkanına daxil olan bir ballistik sursat Şərqi Aralıq dənizində yerləşdirilmiş NATO-nun hava və raketdən müdafiə vasitələri tərəfindən zərərsizləşdirilib".
Qaynarinfo xəbər verir ki, bu, Türkiyə Müdafiə Nazirliyinin yaydığı məlumatda əksini tapıb.
Sursatın bəzi qalıqları Qaziantep şəhərində boş ərazilərə düşüb. Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.
"Türkiyə yaxşı qonşuluq münasibətlərinə və regional sabitliyə böyük əhəmiyyət verir. Bununla belə, ölkənin ərazisinə və hava məkanına yönələn hər hansı təhdidə qarşı bütün zəruri addımların qətiyyətlə və tərəddüdsüz atılacağı bir daha vurğulanır. Türkiyənin bu istiqamətdə xəbərdarlıqlarının nəzərə alınmasının hər kəsin maraqlarına uyğun olduğunu xatırladırıq", deyə məlumatda bildirilib.
Bu arada, Türkiyənin Sakarya bölgəsində Karasu sahillərində PUA tapılıb. PUA parçalanmış vəziyyətdə tapılıb, hansı ölkəyə aid olduğu məlum deyil. Araşdırma aparılır.
ABŞ-ın Türkiyədəki səfirliyi vətəndaşlarına Adana şəhərini dərhal tərk etmələri barədə çağırış edib. Səfirlik bu barədə sosial media hesabından paylaşım edib.
Paylaşımda ABŞ vətəndaşlarından Türkiyənin cənub-şərqi Anadolu bölgəsini və Adana şəhərini dərhal tərk etmələri xahiş olunub.
ABŞ Dövlət Departamenti "təhlükəsizlik riskləri”ni əsas gətirərək, Adana Konsulluğunda çalışan işçiləri və onların ailələrinin təxliyə olunması barədə göstəriş verilib.
Şərhlər