ABŞ-ın İrana qarşı hazırkı hücumunun nəticəsi necə olursa-olsun, artıq strateji nəticə verib - rejim faktiki olaraq başsız qalıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Telegraph” qəzetinin köşə yazarı, Böyük Britaniyanın keçmiş ordu zabiti Hamiş de Breton-Qordon yazıb.
Onun fikrincə, bunun psixoloji nəticələri bütün dünyada, xüsusilə də Rusiya lideri Vladimir Putinin üzərində hiss olunacaq.
ABŞ hərbi gücünün üstünlüyü
Analitik qeyd edir ki, İrandakı müharibə açıq bir həqiqəti sübut edib: ABŞ və müttəfiq aviasiyası Rusiya istehsalı sistemlərdən keyfiyyət baxımından üstündür. Onun sözlərinə görə, İranın yerləşdirdiyi və Rusiya tərəfindən tədarük edilən S-300 zenit-raket kompleksləri hazırda demək olar ki, məhv edilmiş qalıqlara çevrilib.
Moskvanın hava hücumundan müdafiə sistemi daha güclü sayılır, çünki ölkədə yalnız S-400 deyil, həm də təkmilləşdirilmiş S-500 sistemləri mövcuddur. Bununla belə, Rusiya silahlı qüvvələrinin ciddi zəif tərəfləri var. Bunlardan biri aşağı hündürlükdə uçan təhlükələri – dronları və qanadlı raketləri – aşkar etmək üçün həyati əhəmiyyət daşıyan A-50 radiolokasiya təyyarələrinin çatışmazlığıdır.
Ekspert əlavə edir ki, Ukraynadakı müharibə ərzində daha bir məqam da üzə çıxıb: Rusiyanın qabaqcıl silahlar barədə verdiyi bəyanatlar çox vaxt şişirdilmiş olur.
Rusiya üçün dərs
Analitik sual edir ki, İrana endirilən zərbələr yalnız bir məqsəd daşıyırmı?
Onun fikrincə, Vaşinqtonun strateji düşüncəsində müəyyən ardıcıllıq ola bilər: əvvəl Venesuela, sonra İran, sonda isə Kreml. O qeyd edir ki, nümayiş etdirilən gücün psixoloji təsiri bəzən həmin gücün özündən daha böyük olur.
Rusiya lideri Vladimir Putin sülh danışıqlarını uzadır və onun Ukrayna ilə bağlı strateji məqsədləri işğalın əvvəlindən bəri dəyişməyib. Lakin son hadisələr onu yenidən düşünməyə məcbur edə bilər.
"Əzici hərbi gücdən istifadə etməyə hazır olduğunu göstərən ABŞ baş komandanı yalnız bununla hədələyən liderdən tamamilə fərqli görünür", deyə ekspert vurğulayır.
ABŞ-ın addımları Ukraynadakı müharibəyə də birbaşa təsir göstərir. İran uzun müddət Rusiyaya xüsusilə dronlar və sursatlar kimi vacib texnika tədarük edib. Əgər bu tədarük xətti pozularsa və ya tamamilə məhv edilərsə, Moskvanın hərbi səyləri ciddi zərər görə bilər.
Analitik hesab edir ki, əgər Vaşinqtonun Tehrana göndərdiyi mesaj danışıqlar pəncərəsinin bağlandığıdırsa, bunun əks-sədası Kremldə də açıq hiss olunacaq. Bu halda Putin vaxt uzatma strategiyasının hələ də işlək olub-olmadığını düşünməli olacaq.
Onun sözlərinə görə, Ukraynadakı münaqişəni dondurmağa yönəlmiş cəhdlər güclənə bilər. Analitik əlavə edir ki, Nikolas Maduronun hakimiyyətə möhkəmlənməsi və Əli Xameneinin ölümü fonunda Putinə təzyiq daha da arta bilər. Belə şəraitdə müharibənin davamı artıq yalnız gənc əsgərlərin ölümə göndərilməsi ilə məhdudlaşmır – Putin özü də risk altında ola bilər.
Aydın
Şərhlər