"Azərbaycan Biznesinin İnkişafı Fondu” ASC-nin idarə heyətinin sədrinə müavin təyin olunub.
"APA-Economics"in əldə etdiyi məlumata görə, bu vəzifə Osman Xaliyevə həvalə edilib.
O.Xaliyev bundan öncə Sahikbarlığın İnkişafı Fondunun idarə heyətinin sədri olub.
Qeyd edək ki, Biznesinin İnkişafı Fondu 2021-ci ildə "Sahibkarlığın İnkişafı Fondu və "Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin birləşmə formasında yenidən təşkili yolu ilə publik hüquqi şəxs olaraq yaradılıb.
Bu ilin dekabr ayında Prezident İlham Əliyevin Fərmanı ilə publik hüquqi şəxs "Azərbaycan Biznesinin İnkişafı Fondu” ASC-ə çevrilmə yolu ilə yenidən təşkil edilib.
Fondun idarə heyətinin sədri Ülvi Mansurovdur.
Şərhlər