Türkiyə millisi futbol üzrə dünya çempionatına vəsiqə qazanıb.
Qaynarinfo xəbər verir ki, "ay-ulduz"lular bu uğura pley-off mərhələsinin finalında Kosovonu məğlub edərək imza atıb.
Kosovoda keçirilən oyunun taleyini bir qol həll edib. 53-cü dəqiqədə Kərəm Aktürkoğlu fərqlənərək komandasına qələbə qazandırıb.
Sonuncu dəfə DÇ-202-də iştirak edən və üçüncü yeri tutan Türkiyə millisi 24 ol sonra mundiala vəsiqə qazanıb.
Qeyd edək ki, Türkiyə yarışda meydan sahibi ABŞ, Avstraliya və Paraqvayla eyni qrupda mübarizə aparacaq.
Şərhlər