Xəbər lenti

Türkiyə kəşfiyyatı Fətullah Gülənin ölümünü təsdiqlədi (YENİLƏNİB)
Dünya 13:38 21.10.2024

Türkiyə kəşfiyyatı Fətullah Gülənin ölümünü təsdiqlədi (YENİLƏNİB)

Türkiyə kəşfiyyatı da FETÖ lideri Fətullah Gülənin ölümünü təsdiqləyir.

Qaynarinfo xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada ukraynalı həmkarı Andrey Sbiqa ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bu hadisə Türkiyəni arxayınlaşdırmayacaq: "FETÖ gənclərimizi öz sıralarına çəkib. Onları bu yoldan çəkinməyə çağırırıq”.

Qeyd edək ki, Məhəmməd Fətullah Gülən 1941-ci il aprelin 27-də Türkiyənin Ərzurum bölgəsinin Qorucuq kəndində anadan olub. O, 2016-cı il iyulun 15-də hakimiyyət çevrilişinə cəhdi təşkil etməkdə ittiham olunurdu.

Fətullah Gülən 30-dan çox kitab və çoxlu məqalələr müəllifidir. Ərəb, fars dillərini bilirdi. 1999-cu ildən etibarən, tərəfdaşlarının iddiasına görə xəstəliyi ilə əlaqədar ABŞ-nin Pensilvaniya ştatında yaşayırdı.

09.41
 
Türkiyə mətbuatı FETÖ qruplaşmasının başçısı Fəthullah Gülənin ABŞ-nin Pensilvaniya ştatında öldüyünü yazıb.

Qaynarinfo xəbər verir ki, məlumatı "HaberGlobal” yayıb.

Onun dünən yerləşdirildiyi xəstəxanada öldüyü vurğulanıb.

F.Gülənin ailə üzvləri onun öldüyünü sosial şəbəkədə təsdiqləyiblər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->