ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp "TikTok"un fəaliyyətini ABŞ-da heç olmasa qısa müddət davam etdirmək istədiyini bildirib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” məlumat
yayıb.
Tramp prezidentlik kampaniyası zamanı platformada milyardlarla baxış sayı qazandığını qeyd edərək, bunun qərarına təsir etdiyini açıqlayıb.
"Fikirləşməyə başlamağımız lazımdır, çünki biz TikTok-dan istifadə etdik və milyardlarla, hətta milyardlarla baxış sayı ilə böyük reaksiya qazandıq”, – deyə Tramp vurğulayıb.
Qeyd edək ki, Tramp yaxın günlərdə "TikTok"un baş direktoru ilə görüşüb və bu tətbiqə qarşı "isti münasibət" bəslədiyini bildirib.
Xatırladaq ki, 2024-cü ilin aprelində prezident Co Bayden "TikTok"un ana şirkəti ByteDance-ə sosial şəbəkəni 19 yanvar 2025-ci ilə qədər satmağı tələb edən qanun layihəsi imzalayıb. Əks təqdirdə, tətbiqin ABŞ ərazisində qadağan ediləcəyi elan olunub.
"ByteDance" bu qərardan Ali Məhkəməyə şikayət edib və məhkəmə tərəflərin arqumentlərini 10 yanvar tarixində dinləməyə razılaşıb.
Alpər
Şərhlər